12.09.2022

Mil-Muğan Regional Təhsil İdarəsində təhsil işçilərinin sentyabr konfransı keçirilib

Konfransda Elm və Təhsil nazirliyinin əməkdaşı Vəfa Yaqublu, MMRTİ-nin müdiri Rəşad Musayev, MMRTİ-nin tabeliyində olan təhsil sektorlarının rəhbərli, əməkdaşları, ümumitəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrin  rəhbərləri iştirak ediblər.

 

Tədbirdən öncə qonaqlar Sabirabada Ulu Öndərin Heydər Əliyev abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.

 

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Rəşad Musayev 2022-2023-cü tədris ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. 2021-2022-ci tədris ilindəki uğurlardan və mövcud problemlərin həlli ilə bağlı görüləcək işlərdən danışıb, yeni dərs ilində MMRTİ-nin qarşıda duran əsas hədəfləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Tədbirdə Vəfa Yaqublu “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na istinad edərək müəyyənləşdirilmiş 4 strateji məqsəd və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. Yeni dərs ilində ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin dahada artırılması, şagirdlərə rəqəmsal biliklərin aşılanması və digər istiqamətlərdə tədbirlərin həyata keçirilməsindən danışaraq təhsil işçilərinə uğurlar arzulayıb.

 

Sonda konfransda təqdim olunan mövzularla bağlı iştirakçıların çoxsaylı suallarına cavab verildi.


Açar sözlər: ,  ,  ,