13.09.2022

"Təhsil müəssisələrində kargüzarlıq işinin aparılması" mövzusunda təlim başa çatıb

Mil-Muğan Regional Təhsil İdarəsinin təşəbbüsü ilə İmişli rayon təhsil sektoru üzrə məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün "Təhsil müəssisələrində kargüzarlıq işinin aparılması" mövzusunda təlim başa çatıb.

 

Təlimin keçirilməsində məqsəd müəssisə rəhbərlərinin kargüzarlıqla bağlı bilik və bacarlıqlarını artırmaq, müəssisələrdə kargüzarlıq işinin aparılmasının düzgün təşkil edilməsinə nail olmaqdır.

 

Təlimdə məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında istifadə olunan hüquqi-normativ sənədlərin və kargüzarlığa dair kitabların düzgün işlənilməsi üsullarını slaydlar və əyani vəsaitlər vasitəsilə iştirakçılara təqdim edilib. Sənədlərin işlənilməsi qaydaları nümünələrlə izah edilib, fəaliyyətin təşkili ilə bağlı qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.

 

Sonda mövzularla bağlı suallar cavablandırılıb, iştirakçılara məktəb və kargüzarlıq sənədlərinin işlənilməsi qaydalarına dair elektron nümunələr təqdim edilib.


Açar sözlər: ,  ,