14.09.2022

Məktəb direktorları, direktor müavinləri və təsərrüfat müdirləri ilə növbəti görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Beyləqan və Sabirabad rayon təhsil sektorlarında məktəb direktorları, direktor müavinləri və təsərrüfat müdirləri ilə növbəti görüş keçirilib.

 

Görüşdə MMRTİ-nin sektor müdirləri yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəedilməsi məsələlərindən danışıblar. Təhsil sistemində aparılan modernləşmənin davam etdirilməsi və eyni zamanda ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər barədə fikirlərini diqqətə çatdırıblar.

 

Sonra ötən tədris ilində IX sinif şagirdlərinin buraxılış imtahanının nəticələri və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, digər məsələlər müzakirə olunub.

 

Sektor müdirləri təhsil işçilərini yeni tədris ili münasibətilə təbrik edib, onlara təhsil sahəsində yeni nailiyyətlərin qazanılması istiqamətindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Məktəb rəhbərləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, bundan sonra da üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini diqqətə çatdırıblar.

 

Məktəb direktorları ilə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavablandırılıb.


Açar sözlər: ,  ,