21.09.2022

Şəhid Budaqlı İsamyıl Məhərrəm oğlunun məzarı ziyarət olunub

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid Budaqlı İsamyıl Məhərrəm oğlunun məzarı ziyarət olunub.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, şəhidin  ailə üzvləri və idarənin əməkdaşları şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

 

Şəhid Budaqlı İsamyıl 12 yanvar 1998-ci ildə Sabirabad rayonunun Axtaçı Muğan kəndində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrində “maxe” kimi qulluq edib. 13 sentyabr 2022-ci il tarixində Kəıbəcər istiqamətində baş verən erməni təxribatları zamanı şəhidlik zirvəzisənə ucalıb.


Açar sözlər: ,  ,  ,