25.09.2022

“Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib

Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil sektorlarının tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak edib.

 

Sabirabad şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən seçim turunda hər rayondan 30 nəfər (15 qız, 15 oğlan) XI sinif şagirdləri mübarizəyə qoşulub.

 

Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib. Müsabiqənin yekununa görə, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin 15-ci mövsümünün çəkilişlərində iştirak edəcək.


Açar sözlər: ,  ,