26.09.2022

İmişli rayonunun ümumtəhsil məktəb rəhbərləri ilə görüş keçirilib

İmişli şəhər 7 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə İmişli rayon üzrə təhsil sektorunu əhatə edən ümumi təhsil məktəblərinin direktorları və əməkdaşları iştirak edib.

 

Tədbirdə yeni tədris ilində Mil- Muğan Regional Təhsil İdarəsi tərəfindən qarşıya qoyulan vəzifələr, ilin prioritet fəaliyyət istiqamətləri, tədris ilinin başlanması ilə əlaqədar mühüm cari məsələlər müzakirə olunub. Ötən dərs ilinin nəticələri və tədrisin keyfiyyətinin yüksəldilməsində məktəb rəhbərlərinin fəaliyyətinin düzgün təşkilinin əhəmiyyəti və digər mövzular bağlı söhbət aparılıb.

 

Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb və müzakirə olunan məsələlərlə bağlı təkliflər səsləndirilib.


Açar sözlər: ,  ,