27.09.2022

Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyənlərin nəzərinə!

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər 27-30 sentyabr 2022-ci il tarixlərində aşağıdakı linkə keçid edərək məlumatlarını qeyd edə bilərlər:

https://forms.gle/b2JMTuo9NuJdXyXb9

 

Qeyd edək ki, vakansiya seçimində müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilməsində iştirak etmiş, həmin rayon (şəhər) üzrə ümumi təhsil müəssisələrində hazırda müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərən müəllimlər iştirak edə bilərlər.

 

Müəllimlərin vakant yerlərə təyinatı müraciətlərdə ardıcıllıq prinsipi gözlənilməklə və pedaqoji göstəricilər nəzəra alınmaqla ediləcək.

 

Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və eyni zamanda ixtisas üzrə əmək stajı nəzərə alınacaqdır.

 

Mil-Muğan Regional Təhsil İdarəsinə, eləcə də işləmək istədiyi ümumtəhsil müssiəsinə ərizə ilə müraciət edən namizədlərdən də göstərilən link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur.

 

Vakansiyalarla bağlı keçid linki:

https://drive.google.com/file/d/1vTNDGyhJMafPBreMjzrLs2sfi9mGePPl/view?usp=sharing


Açar sözlər: ,