01.10.2022

Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə görüş keçirilib.

İmişli rayon təhsil sektoru üzrə ümumi təhsil məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə görüş keçirilib.

 

Görüşdə müzakirə olunan fənn üzrə rayonda son üç ildə buraxılış imtahanı üzrə hər bir məktəbin nəticələri, bilik və bacarıq yarışlarında, müxtəlif layihələrdə şagirdlərin iştirakı və uğurları təhlil olunub.

 

Yeni tədris ilində məktəblərdə təhsilin keyfiyyətinin artırılması, problemlərin həlli yolları, metodiki xidmətin təşkili və s. məsələlər diskussiya şəraitində müzakirə edilərək müəllimlərin təklifləri dinlənilib.

Faktlar əsasında illərlə davam edən geriliyin səbəbləri, aradan qaldırılması yollarının səmimi və tənqidi şəraitdə müzakirəsi müəllimlər tərəfindən rəğbətlə qarşılanıb.

 

Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında "Əziz Şuşa, sən azadsan!" mövzusunda inşa müsabiqəsi keçirilməsi ilə bağlı müvafiq əmrindən irəli gələn vəzifələrin səmərəli təşkili barədə müəllimlərə tövsiyələr verilib.

 

Təhsil sektorunun inkişafetdirici hər bir təklifə açıq olduğu, dərs bölgüsünün obyektiv aparılmasına, təhsil sahəsində fəaliyyətin bütün istiqamətlərində şəffaflığın tam təmin edilməsinə çalışdığı bir daha müəllimlərin diqqətinə çatdırılıb.

 

Rayon üzrə fənn müəllimləri ilə belə görüşlərin keçiriləcəyi barədə məlumat verilib.

 

Sonda Mil-Muğan Regional Təhsil İdarəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin fəaliyyətində də davamlı keyfiyyətə nail olmaq üçün praktiki tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.


Açar sözlər: ,  ,  ,