01.10.2022

Müəllimlər üçün İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir

Sabirabad və İmişli rayonlarının məktəbəqədər müəssisələrində çalşan tərbiyəçilər müəllimlər, məktəblərdə STEAM dərslərini tədris edən müəllimlər və “Sağlam təhsil-sağlam millət” layihəsində iştirak edən müəllimlər üçün İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir.

 

Layihənin məqsədi məktəblərdə müəllimlərin müasir Təlim Texnologiyaları ilə tanış etmək, dərs prosesində bu üsulların tətbiqinin mümkünlüyünü və formalarını çatdırmaqdır.

 

Təlim zamanı müəllimlərin öyrəndiklərini praktik olaraq tətbiq etmələri üçün keçilmiş mövzular üzrə material hazırlamaları və növbəti təlim günündə nümayiş etdirmələri tapşırılır.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşı təlim mərkəzində müəllimlərlə görüşb və təlimin gedişatı ilə tanış olub.


Açar sözlər: ,  ,