2022-2023-cü tədris ili üzrə Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
MMRTİ üzrə tədris ilində ümumilikdə 4839 nəfər uşaq məktəbəhazırlıq qruplarında təhsilə başlayıblar.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir.