05.10.2022

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki.

Əziz müəllimlər!

 

Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm!

 

Bildiyimiz kimi müəllim həmişə  öz peşəkar keyfiyyəti ilə bərabər, mənəvi məsuliyyəti ilə seçilib. Şərəfli  missiya daşıyıcısı, şərəfli peşə sahibi olan müəllim təhsilə, insan tərbiyəsinə həmişə cavabdehlik daşıyıb.

 

Buna görə də təhsil sisteminin gücü onun bütün müəllimlərinin gücünə bərabərdir. Hamımız üçün sevindirici haldır ki, Azərbaycanda müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır.

 

Əziz müəllimlərimiz, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, gələcək uğurlarınızın davamlı olmasını arzulayırıq!


Açar sözlər: ,