05.10.2022

Şükürova Yasəmən Həsənağa qızı “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Oktyabrın 4-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İmişli şəhər 5 nömrəli məktəb-liseyin müəllimi Şükürova Yasəmən Həsənağa qızı “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

Yasəmən Şükürova 1969-cu ildə İmişli rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini 1997-ci ildə bitirib. Pedaqoji fəaliyyət 1994-cü ildə 5 nömrəli məktəb-liseydə başlayıb və hazırda həmin məktəbdə  tarix müəllimi kimi çalışır.

 

Yasəmən müəllim 2017-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Fəxri fərmanı”nı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan müəllimlərinin 15-ci qurultayında iştirak edib.

 

O, fəaliyyəti dövründə rayon üzrə “Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Onun qabaqcıl iş təcrübəsi dəfələrlə rayonun ümumi təhsil məktəbləri arasında yayılıb.

 

Yasəmən müəllimə ilə görüşümüz zamanı o, qeyd etdi ki, düşünürəm bu illər ərzində ömrünü şagirdləri üçün bir şam kimi yandıran müəllim olmuşam. Təbii ki, bu gözəl bir hissdir. Sinfə girib 45 dəqiqə ərzində dərs keçməklə müəllim olunmur. Uşaqlara diqqət ayırmaq, onları sevmək, qayğı göstərmək lazımdır. Vətəni sevdirmək, tanıtmaq hər bir müəllimin peşə borcudur. “Əməkdar Müəllim” adı aldığımı eşidəndə çox sevindim. Yüksək mükafata layiq görülməyim Beynəlxalq Müəllimlər Günü ərəfəsində sevincimə sevinc qatır. Təhsilimizə, təhsil işçilərinə göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm.


Açar sözlər: ,