12.10.2022

Rəsullu kənd tam orta məktəbində şagirdlər arasında “Airsoft praktiki atəş” hərbi-simulyasiya təlimləri keçirilib

Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının təşkilatçılığı ilə İmişli rayonu Rəsullu kənd tam orta məktəbində şagirdlər arasında “Airsoft praktiki atəş” hərbi-simulyasiya təlimləri keçirilib.

 

Rəsullu kənd tam orta məktəbin direktoru Ozal Möhbalızadə və məktəbin hərbi rəhbəri Natiq Məmmədovun dəstəyi ilə keçirilən bu tədbirdə məktəblilər silahla təhlükəsiz davranış qaydaları, nişan alma və pnevmatik “airsoft” tapançalardan hədəflərə yerində və hədəflərə hərəkətdə atəş açıblar.

 

Federasiyanın beynəxalq alaqələr üzrə vitse-prezidenti Bəxtiyar Şıxzadayev bildirib ki, 2014-cü ildən Avrasiya regionunda fəaliyət göstərən Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyası Azərbaycanda DİN-nin Polis Akademiyası, DİN-nin İdman Cəmiyyəti, Gənclər Fondu, Baki Gənclər Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “İrəli” İctimai birliyi, “Böyük Qayıdış” ictimai birliyi və bir sira başqa dövlət, idman və ictimai təşkilatlar ilə birgə Hərbi-Vətənpərvəlik yönümlü tədbirlərin keçirilməsində yaxından köməklik və əməkdaşlıq edir.

 

Qeyd edək ki, tədbirin təşkilatçısı Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının prezidenti, DİN-in İdman Cəmiyyətinin baş məşqçi-müəllimi, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədov tədbirin əsas təlimçisi olub.


Açar sözlər: ,  ,  ,