13.10.2022

“Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin region mərhələsi yekunlaşıb.

Oktyabr 12-də Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin region mərhələsi keçirilib.

 

Müsabiqə Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının müvafiq sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə keçirilir.

 

Ümumilikdə 116 nəfər şagirdin iştirak etdiyi müsabiqənin nəticələri yaxın günlərdə açıqlanacaq.


Açar sözlər: ,  ,  ,