14.10.2022

Məktəb direktorlarının iştirakı ilə görüş keçirilib

Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi və MMRTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorları iştirak edib.

Görüşdə Cəfər Mənsimi PISA-nın (Program for International Student Assessment – Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Şleyxerin “Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı” kitabından təhsildə yeni çağrışlar barədə direktorlara geniş və ətraflı məlumat verib.

 

Sonra direktorlar arasında qeyd olunan məsələ ilə bağlı müsabiqə keçirilib. Müsabiqədə qalib olanlara Andreas Şleyxerin kitabı həddiyə olunub.


Açar sözlər: ,  ,