Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər 17-31 oktyabr 2022-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qəbul şagird yerdəyişməsi (https://sy.edu.az) elektron sistemi vasitəsilə aparılacaq.Qeyd edək ki, 17 oktyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəb direktorlarının iştirakı ilə görüş keçirilib.