15.10.2022

Gənc müəllimlərlə görüş keçirilib.

Mil- Muğan Regional Təhsil İdarəsinin təşəbbüsü ilə Sabirabad rayonunun ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüş keçirilib.

 

Görüşdə son illərdə müəllimlərin stimullaşdırılması, peşəkarlığının daha da artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyi qeyd edilib.  Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyi bildirilib və şagirdlərin milli dəyərlər əsasında formalaşmasında hər bir müəllimin üzərinə düşən vəzifələrdən danışılıb.

 

Sonra müəllimlərin ehtiyac və qayğıları öyrənilib. Onların təcrübələrinin və gələcək prespektivlərini artırmaq üçün müvafiq tövsiyələr verilib.

 

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib. Gənc müəllimlərlə görüş MMRTİ-nin tabeliyində olan digər təhsil sektorlarında da keçiriləcək.


Açar sözlər: ,  ,