21.10.2022

Vətəndaşların qəbulu keçirilib

Mİl-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Saatlı rayon sakinlərini qəbul edib.

 

Saatlı rayon təhsil sektorunda keçirilən qəbulda vətəndaşlar təhsil müəssisələrinin təmiri, işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, dərs yükü və digər mövzularla bağlı müraciət ediblər.

 

Vətəndaşların müraciət, şikayət və təklifləri qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.

 

Qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil keyfiyyətini yaxşılaşdırmaq və məktəblərdə sağlam və şəffaf mühit formalaşdırmaqdır.


Açar sözlər: ,  ,