25.10.2022

8 noyabr “Zəfər Günü”nə həsr olunmuş bilik yarışına start verilib

Oktyabrın 24-də Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri arasında 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş bilik yarışına start verilib.

 

Yarışdan öncə 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsinin tarixi əhəmiyyətindən danışılıb. Şagirdlərin bilik və bacarıqlarının artırılmasında yarışın mühüm rol oynayacağı bildirilib.

 

Sabirabad rayon təhsil sektorundan start götürən bilik yarışı əsasnaməyə uyğun olaraq oktyabrın 24-28-i tarixlərində rayon turları keçiriləcək. 31 oktyabr - 4 noyabr tarixlərində isə region turu keçiriləcək.

 

Təhsil sektorlarında keçiriləcək yarışda hər məktəbdən bir komanda iştirak edəcək. Bu turda ən yüksək nəticə göstərmiş komanda region turuna vəsiqə qazanacaq .

 

Region turunun qalibi olacaq komandalar qiymətli hədiyyə ilə mükafatlandırılacaq və diplomla təltif olunacaqlar.


Açar sözlər: ,  ,  ,  ,