28.10.2022

Mil-Muğan Regional Təhsil İdarəsi işə qəbul üçün müsabiqə elan edir

Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.

İşə qəbul prosesi test və müsahibə olmaqla iki mərhələdə aparılacaq.

 

Namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

-3 ildən az olmayaraq pedaqoji staj

-hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.

 

Üstünlük veriləcək namizədlər:

-Müəllimlərin işə qəbulu üzrə müsabiqə, sertifikatlaşdırma və ya diaqnostik qiymətləndirilmə (DQ) imtahanında yüksək nəticə əldə etmiş şəxslər;

-Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ehtiyat kadr siyahısına daxil edilmiş, test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.

 

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

-şəxsiyyəti təsdiq edən sənədin surəti;

-əmək kitabçasının surəti;

-ali təhsil haqqında sənədin və əlavəsinin surəti;

-kadrlar uçotunun şəxsi vərəqəsi;

-tərcümeyi-hal.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri noyabrın 1-dən 5-dək Mil-Muğan Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.

Təqdim olunmuş sənədlərə əsasən namizədlərin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onlar test imtahanına dəvət olunacaqlar.

Qeyd edək ki, test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilir. Sualların yarısını düzgün cavablandırmış namizədlər növbəti mərhələyə buraxılırlar.

 

Müsahibə zamanı namizədlər aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:

-vəzifə üzrə nəzəri biliklər;

-idarəetmə bacarıqları;

-şəxsi keyfiyyətlər.

 

Müsahibə zamanı namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək. Hər meyar üzrə keçid balı 3-dür.

Aşağıdakı keçid vasitəsilə direktor müavinləri vakant olan məktəblərlə tanış ola bilərsiz:

 

https://drive.google.com/file/d/1kXEMZxTvfn7uTrbq1Vu3thLkwSXz1tKJ/view?usp=share_link


Açar sözlər: ,  ,