28.10.2022

8 noyabr “Zəfər Günü”nə həsr olunmuş intellektual bilik yarışının rayon mərhələsi keçirilib

İmişli rayon ümumi təhsil məktəblərinin şagirdləri arasında 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş intellektual bilik yarışının rayon mərhələsi keçirilib.

 

Əvvəlcə münsiflər heyəti tərəfindən komandalara yarışın əsas şərtləri barədə ətraflı məlumat verilib. Bilik yarışında komandalar Azərbaycan tarixi, Vətən Müharibəsi və Zəfər Tarixi ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar. Komandaların cavabları münsiflər heyəti tərəfindən qeydə alınıb və qiymətləndirilib.

 

Olduqca maraqlı və gərgin keçən yarışda ən çox xal toplamış İmişli rayon Yalavac kənd tam orta məktəbin komandası qalib olub.

 

Komanda intellektual bilik yarışının region turuna vəsiqə qazanıb.

 

Komanda üzvlərini təbrik edirik!


Açar sözlər: ,  ,  ,