28.10.2022

Saatlı rayon təhsil sektorunda məktəb rəhbərləri ilə gürüş keçirilib

Görüşdə Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev, MMRTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Saatlı RTS-nın müdiri Günay Soltanova iştirak ediblər.

 

Rəşad Musayev görüşdə Saatlı rayonunun ümumi təhsil məktəblərinin payız-qış mövsümünə hazırlıq vəziyyəti ilə bağlı geniş və ətraflı məlumat verərək məktəblərdə aparılmış monitorinqlər əsasında çatışmazlıqların müəyyənləşdirilərək aidiyyəti qurumlara təqdim edilməsi istiqamətində müvafiq tədbirlərin görüldüyünü, payız-qış mövsümünə hazırlıq üçün nəzərdə tutulan kompleks işlərin daha tez reallaşdırılması ilə bağlı fikirlərini bildirib.

 

Şagirdlərin dərsə davamiyyəti ilə bağlı müxtəlif formalar əsasında aparılan monitorinqlərlə bağlı qeydləri və təhliləri görüş iştirakçılarının diqqətinə çatdıraraq bununla bağlı öz tövsiyələrini verib.

 

O, məktəblərdə aparılması nəzərdə tutulan inventarizasiyanın aparılması dövürləri, inventarizasiya zamanı invertar və avadanlıqların faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi, sənədləşdirilməsi və rəsmiləşdirilməsindən danışıb.

 

Rəşad Musayev rayon üzrə IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri və buraxılış imtahanına hazırlıq, müxtəlif bilik yarışlarında şagird naliyyətlərinin məktəblər üzrə təhlilərini iştirakçıların nəzərinə çatdıraraq gələcəkdə bu istiqamətdə təhsil müəssisələrinin qarşısında duran vəzifələri diqqətə çatdırıb.  

 

Çıxışının sonunda Rəşad Musayev ümumi təhsil müəssisələri üzrə vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə aparılacaq işə qəbulun qaydaları ilə bağlı məktəb rəhbərlərini tanış edib.

 

Sonra Mahir Zahidov ictimai müzakirələrə çıxarılmış “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları”nın mahiyyəti barədə ətraflı məlumat verib. O, qaydaların təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyini, məktəblərin nüfuzunun artırılmasına böyük bir dəstək verəcəyini bildirib. Sözügedən sənədin məktəblərdə direktor müavinlərinə, müəllimlərə, məktəb psixoloqlarına, uşaq birliyi rəhbərlərinə, sinif rəhbərlərinə, şagird və valideynlərə çatdırılmasını təmin etmək məqsədilə görüşlərin, “dəyirmi masa”ların keçirilməsinin vacibliyindən danışıb.

 

Qeyd olunan məsələlərlə bağlı məktəb rəhbərlərinin sualları cavablandırılıb və təklifləri dinlənilib.


Açar sözlər: ,  ,