29.10.2022

İntellektual bilik yarışının rayon mərhələsi keçirilib

Beyləqan rayon ümumi təhsil məktəblərinin şagirdləri arasında 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı intellektual bilik yarışının rayon mərhələsi keçirilib.

 

30 məktəbin təmsil olunduğu intellektual bilik yarışında Beyləqan rayon Əlinəzərli kənd R.Nəsirov adına 1 nömrəli tam orta məktəbin komandası region turuna vəsiqə qazanıb.

 

Komanda üzvlərini təbrik edir və uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,