29.10.2022

“Zəfər Günü”nə həsr olunmuş intellektual bilik yarışının rayon mərhələsi keçirilib

Saatlı rayon ümumi təhsil məktəblərinin şagirdləri arasında 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş intellektual bilik yarışının rayon mərhələsi keçirilib.

 

Olduqca maraqlı və gərgin keçən yarışda ən çox xal toplamış Saatlı rayon Varxankənd kənd tam orta məktəbin komandası qalib olub.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil sektorlarında 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş intellektual bilik yarışları başa çatıb.

 

İntellektual bilik yarışının rayon mərhələsinin qalibi olmuş Sabirabad rayonu üzrə Ulaclı, Saatlı rayonu üzrə Varxankənd, İmişli rayonu üzrə Yalvac kənd və Beylaqan rayonu üzrə Əlinəzərli kənd tam orta məktəblərin komandaları yarışın region turunda iştirak edəcəklər.

 

Region turunun qalibi olacaq komanda qiymətli hədiyyə ilə mükafatlandırılacaq və diplomla təltif olunacaq.


Açar sözlər: ,  ,  ,