30.10.2022

İmişli rayon təhsil sektorunda məktəb rəhbərləri ilə gürüş keçirilib

İmişli şəhər 7 nömrəli tam orat məktəbdə keçən görüşdə Mil-Muğan Regional Təhsil idarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, İmişli rayon təhsil sektorunun müdiri əvəzi Vahid Tağıyev iştirak ediblər.

 

Görüşü Vahid Tağıyev giriş sözü ilə açaraq regional idarə yaranandan bəri aparılan çoxşaxəli işlərdən danışaraq qarşıya qoyulmuş hədəfləri bir daha iştirakçıların diqqətinə çatdırıb. Nöqsanların müzakirələrlə birgə aradan qaldırılmasından, səmərəli fəaliyyətin düşüncədən, keyfiyyətin yanaşma tərzindən başladığını faktlarla qeyd edib. Davamlı keyfiyyətə nail olunmasında məktəb rəhbərlərinin üzərinə düşən vəzifələri xüsusi olaraq vurğulayıb.

 

Görüşdə Mahir Zahidov məktəblərdə şagirdlərin dərsə davamiyyəti ilə bağlı müxtəlif formalar əsasında aparılan monitorinqlərlə bağlı qeydləri və təhliləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

 

O, rayon üzrə IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri və buraxılış imtahanına hazırlıq, müxtəlif bilik yarışlarında şagird naliyyətlərinin məktəblər üzrə təhlilərini və bu təhlilərə görə məktəblərin reytinqlərini iştirakçıların nəzərinə çatdıraraq gələcəkdə bu istiqamətdə təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən danışıb.

 

Ümumi təhsil müəssisələri üzrə vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə aparılacaq işə qəbulun qaydaları ilə bağlı məktəb rəhbərlərini tanış edib.

 

Görüşdə Mahir Zahidov rayonunun ümumi təhsil məktəblərinin payız-qış mövsümünə hazırlıq vəziyyəti ilə bağlı geniş və ətraflı məlumat verərək yarana biləcək çatışmazlıqların müəyyənləşdirilərək aidiyyəti qurumlara təqdim ediləcəyini bildirib.

 

Sonra Mahir Zahidov ictimai müzakirələrə çıxarılmış “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın mahiyyəti barədə ətraflı məlumat verib. O, qaydaların təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyini, məktəblərin nüfuzunun artırılmasına böyük bir dəstək verəcəyini bildirib. Sözügedən sənədin məktəblərdə direktor müavinlərinə, müəllimlərə, məktəb psixoloqlarına, uşaq birliyi rəhbərlərinə, sinif rəhbərlərinə, şagird və valideynlərə çatdırılmasını təmin etmək məqsədilə görüşlərin, “dəyirmi masa”ların keçirilməsinin vacibliyindən danışıb.

 

Qeyd olunan məsələlərlə bağlı məktəb rəhbərlərinin sualları cavablandırılıb və təklifləri dinlənilib.


Açar sözlər: ,  ,  ,