01.11.2022

Direktor vəzifəsinə müsabiqə elan edilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbulu ilə bağlı sənəd qəbuluna başlanılır.

 

Namizədlər 10-14 noyabr 2022-ci il tarixlərində (iş günləri ərzində) saat 09:30-dan 18:00-dək tələb olunan müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, əmək kitabçasının surəti, ali təhsil haqqında sənədin və əlavənin surəti) Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan rayon təhsil sektorlarında təyin edilmiş məsul şəxsə təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

 

Namizədlər minimum tələblərə uyğunluğu yoxlanıldıqdan sonra test imtahanının və ya müsahibənin keçirilməsi tarixindən 5 (beş) gün əvvəl məlumatlandırılacaqlar.

 

Şagird sayı 150-dək olan məktəblər üzrə müraciət edən namizədlər müsabiqənin müsahibə mərhələsinə birbaşa dəvət olunacaq.

 

Şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən namizədlər isə əvvəlcə test imtahanında iştirak edəcək, test imtahanında uğur qazanan namizəd, müsabiqənin müsahibə mərhələsinə dəvət olunacaq.

 

2022-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul (Nazirlik və RTİ-lər tərəfindən təşkil edilən) üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlər cari müsabiqədə test imtahanından azad olunur, həmin namizədlər birbaşa müsahibə mərhələsinə dəvət olunacaqlar.

 

Direktor olmaq istəyən namizədlər üçün tələblər:

-pedaqoji ixtisas üzrə ali təhsil;

-5 ildən az olmayaraq pedaqoji staj;

-hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə.

 

Üstünlük veriləcək namizədlər:

Müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilmə və ya sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş şəxslər;

2022-ci il üzrə keçirilən direktorların işə qəbulu (Nazirlik və RTİ-lər tərəfindən təşkil edilən) üzrə müsabiqənin test imtahanı mərhələsində müvafiq keçid balı toplamış namizədlər.

 

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

-vəzifə üzrə nəzəri biliklər;

-idarəetmə bacarıqları;

-şəxsi keyfiyyətlər.

 

Müsahibə zamanı hər meyar 5 ballıq şkala əsasında qiymətləndirilir və keçid balı 3 baldır.

 

Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil sektorları üzrə şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant ümumi təhsil müəssisələri barədə məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.

 

https://drive.google.com/.../1hHJWvzWeYuLaQZ0.../view...


Açar sözlər: ,  ,