02.11.2022

Şəhid Rzayev Elxan Ariz oğlunun anım mərasimi keçirilib

Vətən müharibəsi şəhidi Sabirabad rayon Qaraqaşlı kənd tam orat məktəbin informatika müəllimi olmuş Rzayev Elxan Ariz oğlunun anım mərasimi keçirilib.

 

Anım mərasimində Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Sabirabad rayon təhsil sektorunun müdiri Pəhlivan Qarayev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimizin rəşadətindən, Elxan kimi şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, onların xatirəsinin heç vaxt unudulmayacağı qeyd olunub. Sonra Elxan Rzayevin qısa, şərəfli həyat yoluna nəzər salınıb.

 

Elxan müəllim 01 noyabr 2020-ci iidə Qubadlı istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə yüksəlib.

 

Mərasim iştirakçılar Elxan Rzayevin məzarını ziyarət ediblər. Məzarı üstünə gül dəstələri düzüb, Vətən uğrunda canını fəda edən igidlərin ruhları qarşısında ehtiramlarını bildiriblər.


Açar sözlər: ,  ,  ,