03.11.2022

Mil-Muğan Regional Təhsil İdarəsində Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüş keçirilib

MMRTİ-nin, ATİAHİ-nin Sabirabad rayon Komitəsinin təşəbbüsü ilə 8 noyabr -“Zəfər Günü” ərəfəsində Birinci Qarabağ müharibəsində Vətən müharibəsində iştirak etmiş Sabirabad rayonunun ümumi təhsil məktəblərində çalışan təhsil işçiləri ilə görüş keçirilib.

Tədbirdə MMRTİ-nin müdiri Rəşad Musayev, ATİAHİ-nin Sabirabad rayon Komitəsinin sədri Seydhüseyn Hüseynov iştirak ediblər.

 

Görüşdə çıxış edənlər Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun əldə etdiyi Böyük Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik ediblər, bu böyük zəfərin əldə olunmasında bütün Azərbaycan xalqı kimi təhsil işçilərinin də öz payı olduğunu xüsusi ilə diqqətə çatdırıblar. Qeyd olunub ki, 44 günlük müharibə ərzində Sabirabad rayon təhsil işçilərindən 44 nəfər erməni təxribatçılarına qarşı döyüş əməliyyatlarında iştirak edib, Qələbənin əldə olunmasına öz töhfələrini veriblər.

 

Görüş zamanı müharibə iştirakçıları öz xatirələrini bölüşüblər.

 

Tədbirin sonunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş təhsil işçilərinə Fəxri Fərman və mükafatlar təqdim olunub.


Açar sözlər: ,  ,