04.11.2022

“Qarabağ Azərbaycandır!” adlı bilik yarışının yekun region turu keçirilib

Mil-Muğan Regiobal Təhsil İdarəsinin tabelliyində olan ümumi təhsil müəssisələrinin komandaları arasında “Qarabağ Azərbaycandır!” adlı bilik yarışının yekun region turu keçirilib.

 

Yarışdan öncə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Saatlı rayonunda keçirilən region turunda Sabirabad rayonunun Ulacalı, Saatlı rayonunun Varxankənd, İmişli rayonunun Yalavac kənd və Beylaqan rayonunun Əlinəzərli kənd 1 nömrəli tam orta məktəblərinin komandaları yarışıblar.

 

Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda Saatlı rayonu üzrə Varxankənd tam orta məktəbin komandası I, Beylaqan rayonu Əlinəzərli kənd tam orta məktəbin komandası II və İmişli rayon Yalavac kənd tam orta məktəbin komandası isə III yeri tutublar.

 

Qalib komandaların üzvləri kubok, hədiyyə və diplomlarla təltif olunublar.

 

Yarışda Sabirabad rayon Ulacalı kənd tam orta məktəbin komandasının fəal iştirakına görə komanda üzvlərinə hədiyyələr və diplomlar təqdim olunub.


Açar sözlər: ,  ,  ,