04.11.2022

Buraxılış imtahanlarında iştirak etmək istəyən eksterlərin nəzərinə

Mil-Muğan Reginal Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində sərbəst (eksternat) təhsil alma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən eksterlərin nəzərinə.

 

1.Sərbəst (eksternat) təhsil alma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanında iştirak etmək istəyənlər 11-22 noyabr 2022-ci il tarixlərində oxumuş olduqları ümumi təhsil müəssisələrinə aşağıdakı sənədləri hazırlayıb təqdim etməli:

-şəxsiyyət vəsiqəsinin surəti:

-məktəb direktorunun adına yazılmış ərizə (imtahan verəcəyi xarici dili göstərməklə):

-təhsil aldığı müəssisədə oxuduğu sonuncu sinif və tədris ili ilə bağlı arayış.

 

2.İmtahanlar 05-14 dekabr 2022-ci il tarixlərində rayon təhsil sektorları üzrə yaradılmış imtahan mərkəzlərində test formasında keçiriləcəkdir.

 

3.İmtahan zamanı eksternlərə azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, xarici dil (İngilis dili, Rus dili, Alman dili və s.), ümumi tarix və azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya fənləri üzrə hər birindən 15 sual olmaqla, ümumilikdə 135 sual təqdim olunacaq.

 

4.İmtahan müddəti 180 dəqiqə olacaqdır.

İmtahanda iştirak edəcək eksternlərə uğurlar arzulayırıq.


Açar sözlər: ,