05.11.2022

Vətən müharibəsində iştirak etmiş müəllimlərlə görüş keçirilib

İmişli rayon təhsil sektorunda Vətən müharibəsində iştirak etmiş müəllimlərlə görüş keçirilib.

 

Görüş Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

Görüşdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli Ordumuzun qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasının qoyduğu bildirilib. Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlərin Vətən müharibəsində şagirdləri ilə çiyin-çiyinə döyüşərək şanlı Zəfərin qazanılmasında iştirak etdikləri və vətənpərvərlik nümunəsi göstərdikləri diqqətə çatdırılıb.

 

Sonda müəllimlərə Fəxri fərman və mükafatlar təqdim olunub.


Açar sözlər: ,  ,