07.11.2022

8 noyabr - Zəfər Günü ərəfəsində tədbir keçirib

Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə 8 noyabr - Zəfər Günü ərəfəsində tədbir keçirib.

 

Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Sabirabad rayon üzrə sədri Faiq Hüseynov, Vətən müharibəsi iştirakçıları və qazilər iştirak ediblər.

Öncə tədbir iştirakçıları şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

 

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edənlər 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqının tarixi qələbə qazanmasından, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından danışıblar. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamla Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi barədə qərar verdiyi iştirakçılrın diqqətinə çatdırılıb.

 

Sonra məktəbin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub.


Açar sözlər: ,  ,  ,  ,