11.11.2022

Respublika fənn olimpiadalarına qeydiyyat başlayır

11 noyabr saat 11:00-dan Respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesinə start verilir. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər:

 

- 11-24 noyabr 2022-ci il tarixlərində qeydiyyat və sorğuların qəbul edilməsi;

- 25-28 noyabr 2022-ci il tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi;

- 29 noyabr-7 dekabr 2022-ci il tarixlərində isə buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesi həyata keçiriləcək.

 

Olimpiadada iştirak etmək istəyən şagirdlərin qeydiyyatlarının tamamlandığına dair onların şəxsi kabinetlərindəki əlaqə nömrələrinə SMS bildiriş göndəriləcək, eyni zamanda qeydiyyat pəncərəsində “Qeydiyyatınız tamamlandı” yazısı görünəcək.  

2022-2023-cü tədris ili üçün Respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştiraklarının təmin edilməsidir.

 

Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də oflayn qaydada əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

 

Respublika fənn olimpiadaları "Kapital Bank" ilə əməkdaşlıq əsasında həyata keçirilir.

 

Respublika fənn olimpiadaları ilə bağlı ən çox verilən suallar və onların cavabları


Açar sözlər: ,  ,  ,