12.11.2022

Sabirabad rayon təhsil sektorunda məktəb rəhbərləri ilə gürüş keçirilib

Görüşdə Mil-Muğan Regional Təhsil idarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Sabirabad rayon təhsil sektorunun müdiri Pəhlivan Qarayev iştirak ediblər.

 

Görüşü Pəhlivan Qarayev giriş sözü ilə açaraq MMRTİ-nin apardığı çoxşaxəli işlərdən danışaraq qarşıya qoyulmuş hədəfləri bir daha iştirakçıların diqqətinə çatdırıb. Davamlı keyfiyyətə nail olunmasında məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrdən danışıb.

Görüşdə Mahir Zahidov məktəblərdə şagirdlərin dərsə davamiyyəti ilə bağlı müxtəlif formalar əsasında aparılan monitorinqlərlə bağlı qeydləri və təhliləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

 

O, rayon üzrə IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri və buraxılış imtahanına hazırlıq, müxtəlif bilik yarışlarında şagird naliyyətlərinin məktəblər üzrə təhlilərini və bu təhlilərə görə məktəblərin reytinqlərini iştirakçıların nəzərinə çatdıraraq gələcəkdə bu istiqamətdə təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən danışıb.

 

Ümumi təhsil müəssisələri üzrə vakant olan direktor, tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə aparılan işə qəbul qaydaları ilə məktəb rəhbərlərini tanış edib.

 

Görüşdə Mahir Zahidov rayonunun ümumi təhsil məktəblərinin payız-qış mövsümünə hazırlıq vəziyyəti ilə bağlı geniş və ətraflı məlumat verərək yarana biləcək çatışmazlıqların müəyyənləşdirilərək aidiyyəti qurumlara təqdim ediləcəyini bildirib.

 

Sonra Mahir Zahidov ictimai müzakirələrə çıxarılmış “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın mahiyyəti barədə ətraflı məlumat verib. O, qaydaların təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyini, məktəblərin nüfuzunun artırılmasına böyük bir dəstək verəcəyini bildirib. Sözügedən sənədin məktəblərdə direktor müavinlərinə, müəllimlərə, məktəb psixoloqlarına, uşaq birliyi rəhbərlərinə, sinif rəhbərlərinə, şagird və valideynlərə çatdırılmasını təmin etmək məqsədilə görüşlərin, “dəyirmi masa”ların keçirilməsinin vacibliyindən danışıb.

 

Sonda o, şagirdlərin Respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyatların aparılmasından və 2022-2023-cü tədris ili üçün IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirak edəcəklərindən danışıb.

 

Qeyd olunan məsələlərlə bağlı məktəb rəhbərlərinin sualları cavablandırılıb və təklifləri dinlənilib.


Açar sözlər: ,  ,  ,