12.11.2022

İmişli “ASAN xidmət” mərkəzində vətəndaşlara təhsil xidmətləri təqdim olunur

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan rayon təhsil sektorları üzrə İmişli “ASAN xidmət” mərkəzində təhsil xidmətləri vətəndaşlara təqdim olunur. Xidmət həftənin bazar ertəsi - cümə günləri həyata keçirilir.

 

Mərkəzlər vasitəsilə vətəndaşlar aşağıdakı təhsil xidmətlərindən yararlana bilərlər:

- Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;

- Cari təhsil alanlar üçün elektron təhsil arayışları;

- Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat);

- Şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat);

- Təhsil Tələbə Kreditinə elektron müraciət (qeydiyyat);

- Uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı;

- Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;

- Ali təhsil pilləsinin bakalavr və magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu;

- Sertifikatlaşdırma prosesindən keçmiş təhsilverənlərə sertifikatlarının verilməsi.

 

Qeyd edək ki, sözügedən təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir. Bununla yanaşı elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra “ASAN xidmət” mərkəzlərinə də yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.

Xidmətlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

 

https://asan.gov.az/az/category/asan-xidmetler/funksional-yardimci-xidmetler/elm-ve-tehsil-nazirliyi-terefinden-goesterilen-xidmetler?fbclid=IwAR0MRMgQQ6xceqEE-Bu_ziEsGUpcztISjE8cck_R9bWLIV_IdGXnG6V39as


Açar sözlər: ,  ,