Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən "Əziz Şuşa, sən azadsan!" inşa müsabiqəsində İmişli rayonu Yalavac kənd tam orta məktəbin IX sinif şagirdi İsmayılzadə Fatimə Elçin qızı II yerin qalib olub.
Xatırladaq ki, inşa müsabiqəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin "Şuşa İli" elan edilməsinə dair dövlət başçısının müvafiq sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə həyata keçirilib.
Fatiməni təbrik edir və uğurlar arzulayırıq.