17.11.2022

İşə qəbul üçün test imtahanı keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üçün test imtahanı keçirilib.

 

Sabirabad şəhəri M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə keçirilən imtahanda namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilib.

 

Sualların 50%-ni düzgün cavablandırmış namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar.


Açar sözlər: ,  ,