25.11.2022

Beyləqan rayon təhsil sektorunda məktəb rəhbərləri ilə gürüş keçirilib

Görüşdə Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev, MMRTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Beyləqan RTS-nın müdir əvəzi Həsən Məmmədov iştirak ediblər.

 

Rəşad Musayev görüşdə Beyləqan rayonunun ümum təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti ilə bağlı müxtəlif formalar əsasında aparılan monitorinqlərlə bağlı qeydləri və təhliləri görüş iştirakçılarının diqqətinə çatdıraraq bununla bağlı öz tövsiyələrini verib.

 

O, məktəblərdə aparılması nəzərdə tutulan inventarizasiyanın aparılması dövürləri, inventarizasiya zamanı invertar və avadanlıqların faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi, sənədləşdirilməsi və rəsmiləşdirilməsindən danışıb.

Rəşad Musayev Beyləqan rayonu üzrə IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri və buraxılış imtahanına hazırlıq, müxtəlif bilik yarışlarında şagird naliyyətlərinin məktəblər üzrə təhlilərini iştirakçıların nəzərinə çatdıraraq gələcəkdə bu istiqamətdə təhsil müəssisələrinin qarşısında duran vəzifələri diqqətə çatdırıb.

 

O, sonda ümumi təhsil müəssisələri üzrə vakant olan direktor, tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə aparılan işə qəbul qaydaları barədə məktəb rəhbərlərinə ətraflı məlumat verib.

 

Sonra Mahir Zahidov ictimai müzakirələrə çıxarılmış “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın mahiyyəti barədə ətraflı məlumat verib. O, qaydaların təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyini, məktəblərin nüfuzunun artırılmasına böyük bir dəstək verəcəyini bildirib. Sözügedən sənədin məktəblərdə direktor müavinlərinə, müəllimlərə, məktəb psixoloqlarına, uşaq birliyi rəhbərlərinə, sinif rəhbərlərinə, şagird və valideynlərə çatdırılmasını təmin etmək məqsədilə görüşlərin, “dəyirmi masa”ların keçirilməsinin vacibliyindən danışıb.

 

Qeyd olunan məsələlərlə bağlı məktəb rəhbərlərinin sualları cavablandırılıb və təklifləri dinlənilib.


Açar sözlər: ,  ,  ,  ,