25.11.2022

Şahbazov Rabil Ələsgər oğlu Mil - Muğan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub

Elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Şahbazov Rabil Ələsgər oğlu Mil - Muğan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.

 

Bu vəzifəyədək Rabil Şahbazov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

 

Rabil müəllimi təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq!