26.11.2022

Narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

İmişli şəhər 7 saylı tam orta məktəbin akt zalında rayonun ümumtəhsil məktəbləri şagirdləri, müəllimlərinin iştirakı ilə narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil sektorunun, “Qayıdış” İctimai Birliyinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının nümayəndələr iştirak və çıxış ediblər. Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadları barədə geniş məlumat verərək narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildiriblər. Ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığı diqqətə çatdırılıb.

 

Tədbirdə “Qayıdış” İctimai Birliyinin layihəsi olan "Qızıl gülə batasan” qısametrajlı bədii filmin təqdimatı oldu.

 

Film narkotikə aludə olmuş gənc ananın keçirdiyi istirablardan, öz həyatına qəsd etməsindən və xeyirxah insanlar tərəfindən xilas edilməsindən bəhs edir. Narkotikaya qurşanmış adamlıarın milli mentalitetin və ailə dəyərlərinin əvəzsiz gücü ilə işıqlı həyata qayıtması ideyası filmin süjetinin əsasını təşkil edirdi. Qısametrajlı bədii filmin əsas məqsədi narkotiklərə qarşı insanlarda nifrət oyatmaq, narkotik aludəçilərinin uçuruma yuvarlandıqlarını diqqətə çatdırmaq, narkotik vasitələrin ailə faciələrinə səbəb olacağını onların şüuruna yeritməklə bu bəladan qorunmağa çalışması uğurla ifadə edilmişdir.

 

Film tədbir iştirikçıkarı tərəfindən alqışla qarşılandı.


Açar sözlər: ,  ,  ,