01.12.2022

Direktor və direktor müavinlərinin işə qəbulunun müsahibə mərhələsinə başlanılır.

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vakant olan direktor və direktor müavinləri vəzifələri üzrə işə qəbul müsabiqəsinin test mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsinə dəvət edilir.

 

Müsahibələr 05 dekabr 2022-ci il tarixindən Sabirabad şəhəri M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə keçiriləcək. Test mərhələsində uğur qazanan namizədlərlə bərabər, uğur qazanmayan namizədlərində qeydiyyatdan keçdikləri əlaqə nömrəlinə SMS bildirişi göndəriləcək.

 

İlk olaraq vakant olan direktor müavinləri vəzifələri üzrə namizədlərin müsahibəsinə start veriləcək. Sonra vakant olan direktor vəzifələri üzrə namizədlərin müsahibəsi keçiriləcək. Müsahibəyə dəvət olunacaq namizədlərin SMS məlumatda qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl müsahibənin keçiriləcəyi ünvanda olmaları tövsiyə olunur, əlavə olaraq bildiririk ki, şəxsiyyət vəsiqənizi gətirməyi unutmayın.

 

Müsahibənin keçiriləcəyi ünvan: Sabirabad şəhəri H. Həmidov küçəsi 113 (rayon bazarının yanı).

 

Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,