05.12.2022

SAF 2022 başladı.

Dekabrın 5-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2022-Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib. 

 

SAF 2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib.

 

SAF 2022-yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır.Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər. 

 

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

 

Beynəlxalq STEAM Azərbaycan Festivalı - SAF 2022 - də Mil - Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssislərindən 6 komanda iştirak edir.

 

Festivalda iştirak edən müəllim və şagirdlərimizə uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,