14.12.2022

Məktəb direktorları və müəllimlərlə görüş keçirilib

Mil - Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan Sabirabad və Saatlı rayon təhsil sektorları üzrə məktəb direktorları, müəllimlərlə görüş keçirilib.

 

Görüşdə Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, təhsil sahəsində uzun müddət böyük təcrübəsi olan Almaz Əsgərova və Sevda Quliyeva, Mil - Muğan RTİ-nin rəhbərliyi, Sabirabad və Saatlı rayon təhsil sektorları üzrə məktəb direktorları, IX siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat fənlərini tədris edən müəllimlər iştirak edib.

 

Görüşdə 2021-2022-ci tədris ili üzrə buraxılış imatahanalrının nəticələri və cari tədris ilində qarşıda duran vəzifələr müzakirə olunub.

 

Sonra məktəb direktorlarının, müəllimlərin məktəblərdə fəaliyyət göstərdikləri zaman qarşılaşdığı problemlər, onların həll yolları barədə qarşılıqlı müzakirələr aparılıb.

 

Sonda məktəb direktorlarını, müəllimləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri qeydə alınıb.


Açar sözlər: ,  ,