14.12.2022

Məktəb direktorları və müəllimlərlə görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan İmişli və Beyləqan rayonları üzrə məktəb direktorları, müəllimlərlə görüş keçirilib.

 

Görüşdə Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, təhsil sahəsində uzun müddət böyük təcrübəsi olan Almaz Əsgərova və Sevda Quliyeva, Mil - Muğan RTİ-nin rəhbərliyi, İmişli, Beyləqan rayon təhsil sektorları üzrə məktəb direktorları, IX siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat fənlərini tədris edən müəllimlər iştirak edib.

 

Görüşdə 2021-2022-ci tədris ili üzrə buraxılış imatahanalrının nəticələri və cari tədris ilində qarşıda duran vəzifələr müzakirə olunub.

 

Sonra məktəb direktorlarının, müəllimlərin məktəblərdə fəaliyyət göstərdikləri zaman qarşılaşdığı problemlər, onların həllini təmin etmək məqsədilə diqqət yetirilməli məqamları aydınlaşdırılıb və bu istiqamətlərdə səmərəli təcrübə mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

 

Daha sonra məktəb direktorları və müəllimlərlə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər qeydə alınıb.


Açar sözlər: ,  ,