16.12.2022

Zeynəb Pirverdiyeva “Uşaq Səfirlər Məclisi”nin seçim turunda uğur qazanıb.

Saatlı şəhər S. Vurğun adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Pirverdiyeva Zeynəb Rafail qızı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında “Uşaq Səfirlər Məclisi”nin seçim turunda uğur qazanıb.

 

Xatırladaq ki, məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələr aparılacaq, onların həlli istiqamətində təkliflər irəli sürüləcək.

Şagirdimizi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.


Açar sözlər: ,