19.12.2022

“Shuttle Time” təlimləri keçirilib

Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Sabirabad Olimpiya İdman Kompleksində Beynəlxalq Badminton Federasiyasının “Shuttle Time” təlimləri keçirilib.

 

“Shuttle Time” təlimləri IV - VI sinif şagirdləri arasında Azərbaycan Badminton Federasiyasının məşqçi müəllimləri tərəfindən keçirilib.

 

Uşaqlara məşqçilər tərəfindən ilk olaraq badmintonun qaydaları izah olunub, sonra məşqlərə start verilib və badmintonun nəzəri, praktiki bilikləri aşılanıb.


Açar sözlər: ,  ,