22.12.2022

Respublika birinciliyi başa çatıb

4-21 dekabr 2022-ci il tarixlərində 3 nömrəli RİOEUGİŞM-də keçirilən “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin final mərhələsi başa çatıb.

 

6 yaş qrupu üzrə 12 kateqoriyada keçirilən birincilikdə Beyləqan şəhər R. Abbasov adına 4 nömrəli tam orta məktəbin I sinif şagirdi Gəraylı Leyla Yusif qızı qalib olub və dünya çempionatına vəsiqə qazanıb.

 

N. Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin I sinif şagirdi Abbasov Elmir Əbülfəz oğlu isə II yer tutaraq Avropa birinciliyinə vəsiqə qazanıb.

 

Hər iki şagirdimizi təbrik edir və uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,