25.12.2022

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 1810 nəfər şagird Respublika fənn olimpadalarının rayon (şəhər) mərhələsində iştirak edib.

 

Olimpadaların rayon mərhələsi Mil-Muğan RTİ-si üzrə 4 mərkəzdə-Beyləqan şəhər 2 nömrəli, Saatlı şəhər 2 nömrəli, Sabirabad şəhər 1 nömrəli tam orta məktəblərdə və İmişli şəhər 5 nömrəli məktəb-liseydə təşkil edilib.

 

Xatırladaq ki, fənn olimpiadaları 8, 9,10,11-ci siniflər arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə təşkil edilib. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada keçirilib.

 

Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

 

Respublika fənn olimpiadasında iştirak edən namizədlərə uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,  ,