26.12.2022

İdmanın şahmat və mini - futbol növü üzrə zona birinciliyi keçirilib

Mil - Muğan Regional Təhsil İdarəsinin və İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş məktəbdənkənar təhsil müəssisələri arasında idmanın şahmat və mini - futbol növü üzrə zona birinciliyi keçirilib.

 

Yarışlar İmişli şəhər Şahmat və 7 nömrəli tam orta məktəblərin bazasında baş tutub. Şahmat yarışları rapid növü üzrə iki dövrədən ibarət, mini-futbol yarışı isə qrup mərhələsi üzrə təşkil edilib. Yarışlar gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib.

 

Şahmat yarışında Beyləqan UGİŞM I, Saatlı UGİŞM II, İmişli UGİŞM III və Sabirabad UGİŞM isə IV yeri tutub.

Mini-futol yarışlarıda isə İmişli UGİŞM I, Sabirabad UGİŞM II, Beyləqan UGİŞM III və Saatlı UGİŞM IV yeri tutublar.

 

Qaliblər təşkilatçılılar tərəfindən diplomlarla təltif ediliblər.


Açar sözlər: ,  ,