26.12.2022

“II Həmrəylik kuboku” Xəmsə Milli İntellektual oyunu keçirilib

Dekabrın 25-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gənc müəllimlər arasında “II Həmrəylik kuboku” Xəmsə Milli İntellektual oyunu keçirib. İntellektual oyunda regionlarda çalışan gənc müəllimlərdən ibarət 16 komanda iştirak edib.

 

Saatlı rayonunun gənc müəllimlərindən ibarət "Birlik" komandası intellektual oyunda III yerə layiq görülüb.

 

Komanda üzvləri Qaranuru kənd tam orta məktəbin müəllimləri Ceyhun Əsədov və Maral Əmiraslanlı, Məmmədabad kənd tam orta məktəbin müəllimləri Feyzulla Aslanlı və Mirzəyeva Rüfanə, Qıraqlı kənd tam orta məktəbin müəllimi Gülnarə Qasımova, Fətəlikənd tam orta məktəbin müəllimi Hüseynova Aytac və Novruzlu kənd ümumi orta məktəbin müəllimi İntiqam Mərdanlıdır.

 

Komanda üzvlərin təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,